Table Of Contentwww.kitabxana.net
Milli Virtual-Elektron Kitabxana
“Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və
virtual təbliğatı” seriyası. N 40 (15 - 2017)
Çağdaş Azərbaycan realist, lirik,
modern, postmodern, şəbəkə bədii nəsri:
Romanlar və povestlər
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
YYSQ – 2017
20.09.2017
Yeni Yazarlar və Sənətçilər Qurumu
www.yysq.kitabxana.net
www.kitabxana.net
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 2017
www.kitabxana.net
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
“Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və
virtual təbliğatı”. Elektron Kitab N 40 (15 - 2017)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi
olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni
Yazarlar və Sənətçilər Qurumunun - http://www.kitabxana.net -
Milli Virtual-Elektron Kitabxananın ―Ədəbiyyatda çağdaş
kreativ cərəyanların analizi və virtual təbliğatı‖ kulturoloji-
bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası:
http://cssn.gov.az/
Feysbukda “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və
virtual təbliğatı” kulturoloji-bədii layihəsi çərçivəsində rəsmi
səhifə: https://www.facebook.com/kreativlayihe/?ref=bookm
arks
Yeni Yazarlar və Sənətçilər Qurumu İB -
http://www.yysq.kitabxana.net
2 E-antologiya: çağdaş romanlar və povestlər
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 2017
Çağdaş Azərbaycan realist, lirik,
modern, postmodern, şəbəkə bədii nəsri:
Romanlar və povestlər
YYSİB - Bakı - 2017
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov),
yazar-kulturoloq
3 E-antologiya: çağdaş romanlar və povestlər
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 2017
DİQQƏT
Müəlliflik hüququ Azərbaycan Respublikasının
qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun
qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda,
yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron
informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu
qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və
tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.
―Ən yeni Azərbaycan bədii nəsri‖ roman və povestlərdən ibarət
Elektron Antologiya milli ədəbiyyatımızın tanınmış
nümayəndələrinin əsərlərindən ibarət toplu. Oxucular son
illərdə işıq üzü görən dəyərli çağdaş ədəbi nümunələrdə
maraqlı sənət axtarışları, estetik-bədii düşüncə formaları,
dolğun surətlər və diqqətçəkən hadisələrlə rastlaşcaqlar. Çağdaş
Azərbaycan insanını əhatə edən aləmdəki mürəkkəb proseslər,
eləcə də fərdin iç dünyasında baş verən təbəllüatlar baxımından
da bu əsərlər tədqiqatçıların diqqətini çəkəcək.
A4 formatında 725 səhifə.
4 E-antologiya: çağdaş romanlar və povestlər
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 2017
5 E-antologiya: çağdaş romanlar və povestlər
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 2017
M Ü N D Ə R İ C A T
Ən yeni Azərbaycan bədii nəsri
Roman və povestlər
e-Antologiya
M.FirA (Cəmilə Mənsurova). “Ruhən güclü”. Roman
(I hissə). Səh.
Məmməd İsmayıl. “Bayat”. Povest. Səh.
Fikrət Qoca. “Dayanacaqda görüş”. Povest. Səh.
Mustafa Çəmənli. “Ruhların üsyanı”. Povest. Səh.
Kamil Əfsəroğlu. “Xəzri”. Povest. Səh.
6 E-antologiya: çağdaş romanlar və povestlər
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 2017
M.FirA
(Cəmilə Mənsurova)
Ruhən güclü
Roman
(I hissə)
7 E-antologiya: çağdaş romanlar və povestlər
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 2017
Ana qızı ilə üz-üzə oturmuşdu. Taleyin qismətindən, onlar ikisi
də Ağa Əlinin nəticələri idi. Belə ki, ana Ağa Əlinin qızı
Fatimə xanımın nəvəsi idi. Onun qızı isə Ağa Əlinin oğlu
Şıxəlinin nəvəsi idi.
Onların nəsil şəcərəsi çox qədim idi. Bakı ətrafında hansı
yüzillikdə məskunlaşdıqları bəlli deyil, amma məlumdur ki,
nəsilləri boyu yaşatdıqları Fatimə adı Həzrət Əli ilə bağlıdır.
-Təəssüf ki, əlyazmaları itib, - deyə Fatimə xanım tez-tez
övladlarına, nəvə-nəticələrinə söyləyirdi.
Həqiqətən, peyğəmbərin doğmaları, əzizləri təqiblərdən xilas
olmaq üçün hara gəldi qaçıblar və nəsil-nəsil peyğəmbər
övladlarının taleyi məlum deyil.
- Fatimə xanımın sözlərini sual altına salmaq olmazdı, -
deyirdilər, - ona görə ki, bu söhbəti, o, nənəsindən eşidib,
nənəsi də öz nənəsindən və bu tarix yaşayıb.
8 E-antologiya: çağdaş romanlar və povestlər
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 2017
Həqiqətən də, bu nəsildə şəfaveriçi, bəsirətli insanlar çox olub
və özü də bu müdrik nəslin nümayəndələri həmişə mərd-
mərdanə yaşayan, haqqı qoruyan, mübariz və ruhən güclü
insanlar olublar. Onlar nəinki övladlarına, hətta ətraflarında
yaşayan insanlara da ruhən güclü olmağı aşılaya bilirdilər.
Ana qızına nəsil şəcərəsilə bağlı eşitdiklərini, bildiklərini tez-
tez danışırdı və bu söhbətlər qızın xəyalında ötən günlərin
qanlı-qadalı hadisələrini, əhvalatlarını canlandırırdı...
BİRİNCİ HİSSƏ
MƏRCAN XANIM
I FƏSİL
Ucaboylu, göy gözlü, qara saçlı, lopa bığlı, ağbəniz Ağa Əli
otağa daxil oldu. Onun zahiri görkəmində diqqəti çəkən
baxışlarındakı zəhm və duruşundakı əzəmət idi. Mərcan xanım
onu görən kimi yerindən qalxdı. Balacalar da hərəsi bir küncə
çəkildilər.
9 E-antologiya: çağdaş romanlar və povestlər
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 2017
Ağa Əli çayını içəndən, uşaqları bir qədər dindirəndən sonra öz
xanəsinə keçdi və Mərcan xanımı da otağına dəvət etdi.
söhbətin nədən gedəcəyi Mərcan xanımın ürəyinə dammışdı.
Ərinin dayısı çoxdan Ağa Əliyə eşitdirmişdi ki, rəhmətlik
qardaşı qızını ona ərə vermək istəyir, özü də əməlli-başlı cer-
cehizlə. Onun oğlu yoxdu, qızının əri isə qumarbazdı. Artıq
qocalıb əldən düşmüş dayı fikirləşirdi ki, ölümündən sonra hər
şeyi satıb-sovacaqlar, amma Ağa Əli onun qardaşı qızıyla
evlənsə, həm dayısının vəziyyətini düzəldər, həm də qızının
əlində-ovcunda qalan dağılmaz.
Söhbət çox çəkmədi. Mərcan xanım sakit tərzdə, hətta zahiri
təbəssümlə bildirdi ki, ərinin evlənməsinə razıdır və dərhal da
öz xanəsinə keçdi. Mərcan xanım onsuz da ərinin evlənməsinə
ciddi etiraz edə bilməzdi, çünki o, özü də ərinin ikinci arvadı
idi, amma bununla belə, ona elə gəlirdi ki, bu evdə ərinin
birinci arvadı aciz və savadsız Tükəzbanla müqayisədə daha
böyük nüfuz sahibidir; hər şeydən öncə ona görə ki, altı oğlan
həyata gətirmişdi. Bu xırda üstünlük deyildi və o, istəsə ərinin
bir daha evlənməsinə etiraz edə bilərdi. Amma əksinə, razılaşdı.
Ürəyində bir təskinlik yeri də vardı.
10 E-antologiya: çağdaş romanlar və povestlər
Description:dolaşdığını hardan biləydim? Belə baxanda, onun fikrini bilmək mənə maraqlıydı. - Ona görə ki, beləsinə etibar yoxdu, gedib adamı baqaja qoyar,.