Table Of ContentAzərbaycan Tibb Universiteti
R.H.Əliyeva, C.Y.Salihova, A.M.Məmmədov
NEFT BİTUMU İSTEHSALINDA
ƏMƏK TƏBABƏTİ
BAKI - 2016
2
Müəlliflər: prof. R.H.Əliyeva, dos.C.Y.Salihova, dos.A.M.Məmmədov
Resenzetlər: ATU – nun Əmək gigiyenası və Uşaq – yeniyetmələr gigiyenası
kafedrasının müdiri t.ü.f.d.dosent S.A.Gürzəliyev
ATU – nun Ümumi gigiyena və Ekologiya kafedrasının
t.ü.f.d. dosenti Ş.X. Səmədov
3
ÖN SÖZ
Azərbaycan Respublikasında «XXI əsrin neft müqaviləsi» beynəlxalq standartlara
cavab verən və ekoloji cəhətdən təmiz proses olmaqla yüksək keyfiyyətli neft
məhsullarının əldə edilməsi məqsədilə yeni texnologiyaların və neft avadanlıqlarının
tətbiq edilməsinin əsasında neft emalı zavodlarının istehsal gücünün artması ilə özünü
göstərdi. Bu aspektdə hazırda Qafqazyanı ölkələrdən Bakıda bitum istehsalı üzrə
yeganə müəssisə - karbohidronların əsasında işləyən «Azneftyağ» istehsalat birliyi
fəaliyyət göstərir ki, o da çox yüksək keyfiyyətə malik məhsulunu dünyanın bir sıra
ölkələrinə ixrac edir.
Neft bitumunun keyfiyyətinin yüksəldilməsı ilə əlaqədar olaraq və müəssisənin
sahəsinin genişləndiyini, işçilərinin sayının artmasını nəzərə alaraq hazırda əmək
şəraitinin yaxşılaşdırılmasına, işləyənlərin sağlamlığının qorunmasına və iş yerində
təhlükəsizliyin təmin edilməsinə olduqca böyük əhəmiyyət verilir ki, bunlar peşə
riskinin qiymətləndirilməsi və profilaktikasında mühüm məsələlər sayılır.
Adheziv və hidrofob xüsusiyyətlərini nəzərə alaraq neft bitumları tikintidə, yol
sənayesində, raket texnikasında, kənd təsərrüfatında, hərb işində və xalq təsərrüfatının
müxtəlif sahələrində geniş istifadə edilir (1,8,31,43).
Müasir neft emalı sənayesində neft bitumunun alınmasının yeni texnoloji
proseslərinin və köhnə texnologiyalardan xeyli fərqlənən yeni texnologiyaların tətbiqi
nəticəsində istehsal müəssisələrinin havasında toksik maddələrin miqdarı xeyli azalmış,
xroniki patologiyalar azalmış və fiziki əmək, demək olar ki, aradan qaldırılmışdır. Lakin
az intensivliyə malik istehsalat amillərinin qeyri-spesifik təsirinin, əsəb-psixi
gərginliyin, əməyin monotonluğunun, məcburi bədən vəziyyətlərinin və s. öyrənilməsi
böyük əhəmiyyət kəsb edır.
Yuxarıda göstərilən səbəblərlə əlaqədar kitabda əməyin gigiyenik şəraiti, istehsalat
mühitininə və əmək prosesi amillərinin orqanizmin fizioloji reaksiyalarına təsiri,
xəstələnmə səviyyəsinin öyrənilməsi, konkret əmək şəraitinə orqanizmin reaksiyasının
aşkar edilməsinə, peşə riskinin qiymətləndirilməsinə böyük yer verilir ki, bu da
4
orqanizmin həddən artıq yorulmasının və adaptasiya mexanizmlərinin tükənməsinin, iş
şəraiti ilə əlaqədar meydana çıxan xəstəliklərin baş verməsinin qarşısının alınması
zamanı mühüm rol oynayır.
Çoxillik müşahidələrin əsasında ümumi şəkildə neft bitumunun yeni istehsalı
şəraitində əldə edilmiş, elmi cəhətdən əsaslandırılmış gigiyenik, fizioloji və tibbi-
profilaktik tədbirlər təkcə nəzəri deyil, həm də elmi-təcrübi əhəmiyyət daşıyırlar.
Yekunda müəlliflər sağlamlığın qorunmasına və peşə ilə bağlı meydana çıxan
xəstəliklərin profilaktikasına mühüm yer ayırır, əmək şəraitinin sağlamlaşdırılmasında
və neftçilərin sağlamlığının qorunmasında texnoloji proseslərin avtomatlaşdırılmasına,
mexanikləşdirilməsinə və hermetikləşdirilməsinə böyük üstünlük verirlər.
Kitab gigiyenistlər, profpatoloqlar, mühəndis-texniki işçilər və həmkarlar
təşkilatının əməkdaşları üçün nəzərdə tutulmuşdur.
Müəlliflər oxucuların bütün iradlarını və təkliflərini hörmətlə qarşılayacaqlar.
5
GİRİŞ
Respublikanın müasir neft emalı sənayesində «Əsrin müqaviləsi» ilə əlaqədar
olaraq beynəlxalq standartlara və ekoloji təmiz proseslərə cavab verən yüksək
keyfiyyətli məhsulların alınması məqsədilə yeni texnologiyaların və neft avadanlığının
tətbiq edilməsinin əsasında neftin emalı üzrə zavodların gücünün mərhələli şəkildə
artırılması həyata keçirilir.
Neft emalında ikincili texnoloji proseslərin əsasında böyük miqdarda aromatik
karbohidrogenlər, benzinlər, mazut, yağlar, koks, hudron və digər neft məhsulları əldə
olunur. Əməyin gigiyenası və fiziologiyası məsələlərinin, həmçinin neft emalında
işləyənlərin sağlamlıq vəziyyətinin öyrənilməsinə çoxlu sayda elmi işlər həsr
olunmasına baxmayaraq (2,3,7,9,38), bitum istehsalında işləyənlərin əmək şəraitinin və
sağlamlıq vəziyyətinin öyrənilməsinə dair məlumatlar əksini tapmamışdır, bu isə peşə
riski amillərinin etiopatogenetik rolunun aşkar edilməsi aspektində aktual məsələ sayılır.
Respublikada bitum istehsalına olan tələbatın durmadan artması neftin mürəkkəb
emalı texnologiyasında bu məhsulun istehsalının sürətlənməsini və müasirləşdirilməsini
tələb edir.
Neft-bitumları mühəndis-tikinti material kimi xalq təsərrüfatının müxtəlif
sahələrində: yol, sənaye, reaktiv texnika, kənd təsərrüfatında, həmçinin radioaktiv
şüalardan müdafiə qismində və s. geniş tətbiq edilir.
Hudronların əsasında bitum istehsal edən Bakı bitum zavodu cənub Qafqazda neft
emalı üzrə yeganə müəssisədir ki, öz məhsulunu Gürcüstana, Ukraynaya, İrana,
Türkiyəyə və digər ölkələrə ixrac edir.
Müasir neft bitumu sənayesində məhsulun əldə olunması geniş miqyaslı yüksək
xalq təsərrüfatı əhəmiyyətinə malik olması ilə şərtlənmişdir ki, bu da müəssisələrin
miqyasının genişləndirilməsi, həmin istehsal sahəsinə böyük sayda işçi qüvvəsinin cəlb
edilməsi ilə həyata keçirilir.
İllər boyunca qazanılmış və ümumiləşdirilmiş şəkildə təqdim olunmuş və elmi
cəhətdən əsaslandırılmış gigiyenik, fizioloji və peşə-patoloji metodik işləmələr təkcə
6
nəzəri deyil, həm də təcrübi əhəmiyyət daşıya bilər. Onlar real gigiyenik profilaktik
vəziyyəti əks etdirir, məqsədyönlü sağlamlaşdırıcı tədbrlərinin aparılması üçün
əlverişsiz istehsalat amillərinin və onların uzaqlaşmış ağırlaşmalarının orqanizmə
mümkün təsirini proqnozlaşdırmağa imkan verir.
Monoqrafiya Azərbaycan Səhiyyə Nazirliyinin «Əhalinin sağlamlığının
formalaşmasının gigiyenik sosial və ekoloji əsasları» elmi proqramı və «Respublikanın
aparıcı sənaye sahələrində işçilərin sağlamlıq vəziyyətinin əməyinin gigiyenası» elmi
probleminə müvafiq olaraq onun regional vəzifəsi çərçivəsində tərtib edilmişdir.
Kitabın başlıca məqsədi – Respublika gigiyenist - toksikoloqların və terapevt - peşə
patoloqları tərəfindən toplanmış təcrübənin və mövcud olan məlumatların əsasında
bitum istehsalında işləyənlərin tibbi-gigiyenik və dispanser təminatı sistemini
(işləyənlərin əmək qabiliyyətinin yüksəldilməsinə və sağlamlıq vəziyyətinin
saxlanmasına yönəldilmiş) elmi cəhətdən əsaslandırmaq olmuşdur. Müəlliflər bütün
təklif və iradları hörmətlə qəbul edərlər.
7
FƏSİL 1
BİTUM İSTEHSALINDA ƏMƏK PROSESLƏRİNİN XARAKTERİSTİKASI
1.1. Bitumların qısa səciyyəsi və onun tətbiqi
Bitum latınca «bitumen» sözündən (dağ qatranı, neft) mənasını verir – bərk və ya
qatranabənzər məhsul olub karbohidrogenlərin mürəkkəb qarışığından və müxtəlif
quruluşa malik hetero-üzvi birləşmələrdən ibarətdir, neftin distilləsi yüksək
temperaturda ərimir.
Bitumlar hələ qədimdən bizim eradan 3000 il əvvəl Vavilonda və Assiriyada
büzücü və bərkidici maddə kimi tikinti işlərində tətbiq edilmişdir. Misirdə bitumdan
balzamlama və mumifikasiya zamanı istifadə edilirdi. Mənşə etibarilə bitumların təbii,
süni, pirobitumlar, qatranlar, pek və s. növləri ayırd edilir (13,25,34). Bitum
materiallarının təsnifatı aşağıdaki cədvəl 1.1-də təqdim edilmişdir.
Təbii bitumlar – betumenes naturales - birincili karbohidrogen əsaslı üzvi mənşəli
faydalı qazıntı olub yerin dərinliyində bərk, qatı və qatı-plastik vəziyyətlərdə yerləşirlər.
Fiziki – kimyəvi quruluş baxımdan təbii bitumlara neft, təbii yanacaq qazları, qaz
kondensantı, həmçinin təbii neft törəmələri (malta, asfaltenlər, asfaltitlər və onların
analoqları (naftoidlər) aiddirlər. Onlarda 60-75% asfalt-qatranlı maddələr və 30-35%
yağlar vardır (1,13,39,44).
Təbii bitumlar konsistensiyasına və tərkibinə görə yüksəkqatılıqla neftlərə
yaxındırlar, onların tərkibində karbohidrogenlərdən başqa naften turşuları, sulfoturşular,
sadə və mürəkkəb efirlər, kükürd, nadir rəngli metallar (vanadium, nikel, renium) vardır.
Neft, yanacaq qazlarının ehtiyatlarının və mənbələrinin yeni təsnifatında 150C
temperaturda 0,8993 q/sm3 sıxlığa malik bituminoz neft növü ayırd edilir.
Təbii bitumlar tikinti materialı (yol örtükləri, yumşaq dam örtüyünün istehsalı,
asfaltit mastikası və s.), elektrik sənayesində (izolyatorlar, korroziyaleyhinə örtüklər və
s.), elektrik naqillərinin hidroizolyasiyası zamanı istifadə edilir.
8
Cədvəl 1.1
BİTUM MATERİALLARININ TƏSNİFATI
Qrup Yarımqrup Növü Qeyd
Təbii mənşəli bitum Neftlər 1.Asfalt əsaslı
2.Yarımasfalt əsaslı
Asfaltitlər, keritlər, ozokeritlər Təmiz halda hasil edilirlər Yumşaq asfaltitlər
Süni neft bitumları Qalıq 1.Mazutlar
2.Hudronlar
3.Yarıhudronlar
Krekinqli 1.Termik krekinqin qalıqları,
destillyatlar
2.Termik krekinqin qalıqları,
mazut
3. Hudronun qalıqları və
yarıhudronlar və digər məhsullar
4. Piroliz qalıqları
Selektiv həlledici vasitəsilə əldə 1. Benzinli neftlərdən, qalıq
edilməsi məhsullarından və s.
deasfaltizasiyanın qalıqları
2. Qalıq yağların selektiv
təmizlənməsinin ekstraktları
Oksidləşmiş 1. Havanın oksigeni ilə
2. Kükürd və s. birləşmələrlə
3. Katalizatorlar tətbiq etməklə
buxar-hava qarışığı ilə
Pirobitumlar Şistli 1. Bitumlaşmış şistlər Şist yatağının termi-ki emalı
zamanı əldə edilir
Qatran və peklər Ərintilər və həll olunmamış
kaustik-biolitlər
9
Bitumların mühüm xüsusiyyətləri: suyadavamlı və sukeçirməməsi, bir çox
turşuların, qələvilərin, duzların məhlullarının və aqressiv qazların təsirinə qarşı davamlı
olması, müxtəlif üzvi həlledicilərdə (xloroform, spirt, benzin, benzol, karbon-sulfid,
dixloretan və s.) qismən və ya tam həll olma qabiliyyəti vardır (1,40).
Neft xammalının emalı zamanı əldə olunan süni neft bitumları istehsal
texnologiyasından asılı olaraq qalıq - hudrondan alınan ( yağların çıxarılması yolu ilə),
oksidləşmiş - xüsusi aparatlarda hudronun oksidləşməsi (hava ilə üfürməklə), krekinq –
neftin krekinqi zamanı əmələ gələn qalıqlar növlərə bölünür.
Hudron – mazutdan yağ fraksiyalarının destilləsindən sonra əmələ gələn qalıqdır,
yol tikintisində birləşdirici maddə kimi istifadə edilən neft bitumları əsas xammal
sayılır. Bitumların elementar tərkibi bu nisbətdə dəyişir: karbon – 70-80%, hidrogen-
10-15%, kükürd – 2-9%, oksigen – 1-5%, azot – 0-2%. Bu elementlər karbohidrogenlər
və onların kükürd, oksigen və azotla birləşmələri şəklində olurlar və kimyəvi tərkibi son
dərəcə mürəkkəbdir, doymuş karbohidrogenlər C H -dan C H -yə qədər dəyişir.
9 20 30 62
Bitumu əmələ gətirən çoxlu sayda birləşmələr 3 qrupa bölünür: bərk hissə, qatran və
yağlar. Bitumun bərk hissəsi – yüksəkmolekullu karbohidrogenlər və molekul çəkisi
1000-5000 olan törəmələridir, sıxlığı 1-dən çoxdur, «asfaltenlər» adlandırılır. Bitumların
tərkibinə : parafinlər, molekul çəkisi 500-1000, sıxlığı 1-ə yaxın olan qatran dahildir.
Qatranlar - adi temperaturda qırmızı-qonur rəngli bərk maddələrdir, sıxlığı 990-
1080 kq/m3, bitumların bərkliyini, plastikliyini və həll olmasını şərtəndirir. Qatranlar –
yüksəkmolekullu üzvi siklik və heterosiklik strukturlardan olub bir-biriləri ilə alifatik
zəncirlə birləşmişlərdir. Onların tərkibinə karbondan başqa (79-87%), hidrogen (8,9-
9,5%), oksigen (1-10%), kükürd (1-10%), azot (2%-ə qədər) və digər elementlər,
həmçinin metallar (Fe, N, V, Cr, Hg və s.) daxildir. Molekul çəkisi - 300-2500, doymuş
karbohidrogenlərdə (C -C )həll olurlar.
5 6
Asfaltenlər qara və ya qonur rəngli əriməyən bərk maddələrdir. Asfaltenlər
petrolların efir və ya yüngül benzin ilə çökdürülməsi yolu ilə neftlərdən və ağır neft
10
qalıqlarından ayırd edirlər. Element tərkibi: karbon 80-84%, hidrogen – 7,5-8,5%,
kükürd – 4,6-8,3%, oksigen – 6%, azot – 0,4%.
Asfalten turşuları və onların anhidridləri – qəhvəyi-qonur rəngli maddədir.
Bitumların kolloid strukturunu stabilizasiya edir. Bitumun tərkibində olan yağların,
qatranların, asfaltenlərin fiziki xüsusiyyətləri neftin mənşəyindən asılıdır.
Bitumların istehsal edilməsi üçün xammal kimi ağır asfalt-qatranlı neftlərdən
istifadə edilir o cümlədən yol tikintisində işlədilən çox mühüm maddədir (QOST 22245-
76).
Asfalt – bitumların qarışığıdır (təbii asfaltda 60-75%, süni polimerdə 13-60%).
Asfalt aşağıdakı kimyəvi tərkibə malikdir: parafin-naften karbohidrogenləri – 28,3%,
yüngül aromatik karbohidrogenlər -4,1%, orta aromatik karbohidrogenlər – 4,7%, ağır
aromatik karbohidrogenlər – 20,5%, qatranlar 34,4%, asfaltenlər – 7,8%.
Bitumlarda olan parafin onların xüsusiyyətlərini pisləşdirir, aşağı temperaturlarda
onların kövrəkliyini artırır, ona görə də bitumlarda onların miqdarı 5%-dən çox
olmamalıdır.
Bitumların mühüm texniki göstəriciləri bunlardır: duktillik, yəni dartılanda
müəyyən uzunluğa malik sap əmələ gətirmək qabiliyyəti; penetrasiya – qatılığı
səciyyələndirir; yumşalma temperaturu, alovlanma temperaturu və sıxlığı. Bizim
sənayemiz bərk, yarıbərk və maye bitumlar istehsal edir (cədvəl 1.2).
Bitumların əsas komponentləri asfaltenlər, qatranlar və neft yağları, termik və
katalik krekinqin neft qalıqları (mazutlar, hudronlar, yarıhudronlar və neftin emalının
digər məhsulları) sayılır. Birincilər onun bərkliyini, ikincilər sementləşməsini və
elastikliyini şərtləndirir, üçüncülər – durulaşma mühiti kimi iştirak edir. Onların
alınmasında xammal kimi hudronlar və müxtəlif neftlərin mazutlarından,
deasfaltizasiya qalıqlarından, yağların selektiv təmizlənməsinin ekstraktlarından,
krekinq-qalıqlarından istifadə edilir. Bitumların keyfiyyəti yağ fraksiyalarının
tərkibindən və hudronun tərkibinə daxil olan yüksəkmolekullu birləşmələrin
xarakterindən, onun əldə edilməsi üsulundan asılıdır.
Description:NEFT BİTUMU İSTEHSALINDA. ƏMƏK TƏBABƏTİ. BAKI - 2016 ATU – nun Ümumi gigiyena və Ekologiya kafedrasının t.ü.f.d. dosenti Ş.X. Səmədov