Table Of ContentAĞASƏF IMRAN
M E N E C M E N T
Bakı – 2007
0
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL
NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMIYASI
AĞASƏF IMRAN
MENECMENT
(Dərslik)
Azərbaycan Dövlət Neft Akademiyasının «Neft emalı, neft
kimya sahələrinin iqtisadiyyatı və menecmenti» kafedrasının
(6.11.2006-cı il, 4 saylı protokol) və «Tədrisin dərslik, elmi – metodik
ədəbiyyatla təmini» üzrə komissiyasının (15.12.2006-cı il, 6 saylı
protokol) tövsiyəsi ilə nəşr olunur
1
Bakı – 2007
Az 65.3
I 37
Rəyçilər:
iqtisad elmləri namizədi, dosent Z.M.Məmmədova
iqtisad elmləri namizədi, dosent Y.A.Məlikov
Redaktor:
Iqtisad elmləri doktoru, professor T.N.Əliyev
Ağasəf Məmməd oğlu Imran, iqtisad elmləri namizədi, dosent
MENECMENT (dərslik). - Bakı, ”Nurlan” 2007. Səh. 268.
Kitabda menecmentin mahiyyəti, prinsipləri, funksiyaları,
metodları və üslubları barədə tədris proqramına uyğun məlumatlar
verilmişdir. Kitab ali məktəblərin bakalavr təhsil pilləsində və
litseylərdə oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Ondan
həmçinin ali məktəb müəllimləri və sahibkarlar da bəhrənə bilərlər.
0601000000
I -------------------------- qrif nəşri
M 653 (07) 2007
2
ISBN 5 – 8020-1657- 5
© A.M. Imran 2007
MÜNDƏRICAT
GIRIŞ……………………………………………………………..5
I BÖLMƏ. MENECMENTIN NƏZƏRI ƏSASLARI
I FƏSIL . MENECMENT VƏ MÜƏSSISƏ …………….……..6
1.1. Menecmentin mahiyyəti …………………….. ……………...6
1.2. Menecmentin təkamülü ………..…... ……………………...10
1.3. Menecmentdə yanaşmalar ………………………………….26
1.4. Müəssisələrin iqtiadi və hüquqi formaları………..………...31
1.5. Menecer və ona xas olan xüsusiyyətlər ……….……………41
II FƏSIL. MENECMENTDƏ ƏLAQƏLƏNDIRMƏ………….51
2.1. Müəssisənin daxili və xarici təsir amilləri ……….………...51
2.2. Idarəetmə səviyyələri və idarəetmə prosesi.. ……………...58
2.3. Menecmentdə informasiya və kommunikasiya……………..69
2.4. Qərar qəbul edilməsi……………………..…………………78
2.5. Menecmentin əsas prinsipləri ……………………..………..82
II BÖLMƏ. MENECMENTIN FUNKSIYALARI
III FƏSIL. MENECMENTIN ƏSAS VƏ KÖMƏKÇI
FUNKSIYALARI.……………………………………………….89
3.1. Menecmentin planlaşdırma funksiyası………….….………91
3.2. Menecmentin təşkiletmə funksiyası ……………….…….. ..98
3.3. Menecmentin motivləşdirmə funksiyası ……………….... 107
3.4. Menecmentin nəzarət funksiyası ……………………….…118
3
3.5. Menecmentin marketinq funksiyası ………….……... …. ..126
3.6. Köməkçi funksiyalar……...………………….…...…….….130
III BÖLMƏ. MENECMENTIN METODLARI
IV FƏSIL. MENECMENTDƏ METODLAR VƏ
ÜSLUBLAR...………………………………………………….136
4.1. Iqtisadi metod……………………………………………...137
4.2. Inzibati metod ……………………….……. .……………..142
4.3. Sosial-psixoloji metod……………………………………..146
4.4. Liderlik və rəhbərlik üslubları …………………………….152
IV BÖLMƏ. MENECMENTIN TƏTBIQI MEXANIZMLƏRI
V FƏSIL. QRUPUN IDARƏ OLUNMASI…….……………..165
5.1. Kadr ehtiyatlarının idarə olunması .…... ………………….165
5.2. Istehsalın idarə olunması ………………………………….178
5.3. Layihələrin idarə olunması….……………………………..182
5.4. Münaqişələrin və stresin idarə olunması...….…….….……187
5.5. Menecment mədəniyyəti və etikası…………….………….197
VI FƏSIL. MENECMENT VƏ SAHIBKARLIQ……….. …...203
6.1. Sahibkarlıq və biznes mühiti . .. . . . .. . .……….…….…...203
6.2. Biznes-planların hazırlanması ………………...…………..209
6.3. Strateji menecment…………..……….………..…………..220
ƏDƏBIYYAT…………………….. ……...…..………………..230
ƏLAVƏLƏR….……………………………..…………….. …..231
I. Anlayışların izahlı lüğəti…...………………………………...231
II. Menecment fənni üzrə testlər……………….………………235
III. Menecment fənni üzrə kurs işlərinin mövzuları……………249
IV. Menecment fənni üzrə imtahan sualları………..…………..252
V. Menecment fənni üzrə kursun tədris Proqramı…… ….. …..256
VI.Mövzular üzrə saat bölgüsü.…………………..….. ….…….262
4
GIRIŞ
Azərbaycan Respublikasının siyasi və iqtisadi inteqrasiya
proseslərində demokratiya və bazar iqtisadiyyatı yolunu tutması,
demokratik idarəetmə prinsiplərinin daha da mükəmməl öyrənilməsini
və tətbiqini zəruri etmişdir. Məhz bu məqsədlə də, indi ali
məktəblərimizdə menecment ixtisası üzrə mütəxəssislər
hazırlanmasına başlanmışdır. Bu isə öz növbəsində menecment fənni
üzrə dərsliklərin və tədris vəsaitlərinin hazırlanmasını zəruri etmişdir.
Oxuculara təqdim olunan «Menecment» adlı dərslik Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurasının Iqtisadiyyat
bölməsinin 22 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş (Protokol
№ 14) tədris Proqramı əsasında tərtib edilmişdir və bakalavr tədris
pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Dərslikdə menecmentin mahiyyəti, prinsipləri, funksiyaları,
metodları və idarəetmə üslubları barədə qısa və yığcam məlumat
verilmiş, menecmentin və menecerin xarakterik xüsusiyyətləri şərh
edilmişdir.
Bu tədris vəsaitinə daxil edilmiş mövzular mümkün qədər sadə
və anlaşıqlı dildə şərh edilmişdir ki, bakalavr təhsili alan tələbələr onu
asanlıqla mənimsəyə bilsinlər.
Dərslik, müəllifin 2003-cü ildə nəşr etdirdiyi «Qısa menecment
kursu»nun nisbətən genişləndirilmiş və təkmilləşdirilmiş variantıdır.
5
Ona menecmentin tədrisi ilə bağlı proqrama uyğun olaraq ən vacib
mövzular əlavə edilmişdir. Dərslik 16 həftəlik semestrlərə keçilməsi
ilə bağlı olaraq 86 saatlıq dərs yükü üçün (52 saat mühazirə, 34 saat
məşğələ) nəzərdə tutulmuşdur. Hesab edirəm ki, bu kitaba daxil
edilmiş mövzuların əhatə dairəsi bakalavr təhsil səviyyəsində
tələbələrin proqram çərçivəsində biliklər əldə etmələrinə imkan verə
bilər.
Dərs vəsaitinin gələcəkdə daha da təkmilləşdirilməsi üçün öz
təklif və tövsiyələrini bildirəcək oxuculara qabaqcadan təşəkkürümü
bildirirəm.
Müəllif
I BÖLMƏ. MENECMENTIN NƏZƏRI ƏSASLARI
I FƏSIL. MENECMENT VƏ MÜƏSSISƏ
1.1. MENECMENTIN MAHIYYƏTI
“Menecment“ anlayışı semantik baxımdan ingilis sözü olub
“idarəetmə“ ifadəsinə uyğundur. Lakin, bu anlayış idarəetmənin tərkib
hissəsi kimi də qəbul edilə bilər. Çünki, qlobal idarəetmədən fərqli
olaraq “menecment“ ifadəsi daha çox müəssisələrin və firmaların idarə
edilməsinə aid edilir. Misal üçün qeyd edək ki, dövlətin, şəhərin və
yaxud da ordunun idarə olunması prosesləri menecmentlə
əlaqələndirilmir və bu hallarda “menecment“ və “menecer“ ifadələri
işlədilmir.
Müasir anlamda menecment – bazar iqtisadiyyatı şəraitində
müəssisənin idarə edilməsidir.
Menecment iki başlıca xüsusiyyətə malikdir: a) müəssisə,
təşkilat, firma, şirkət və birliklər səviyyəsində tətbiq edilən elmdir və
b) bu səviyyədə praktik idarəetmə fəalliyyətidir.
6
“Menecer“ anlayışı isə şəxsiyyətlə bağlıdır və və o, muzdla
tutulmuş idarə edən rəhbərdir, idarəetmədə iştirak edən şəxsdir.
Yuxarıda qeyd olunduğu kimi, menecerlər müəssisə, təşkilat, firma,
şirkət və birliklər səviyyəsində çalışan idarəetmə mütəxəssisləridirlər.
Hər bir menecerin 3 əsas vəzifəsi vardır: 1) Işçiləri (kadrları) idarə
etmək; 2) Istehsalı (və texnologiyanı) idarə etmək; 3) Informasiyanı
idarə etmək.
Idarəetmə - özünün bütövlüyünü, quruluş vahidliyini
saxlamaqla müəssisədə son məqsədə nail olmaq üçün tətbiq edilən
müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir
Idarəetmə, hər hansı bir obyekt (təşkilat, müəssisə, firma)
olmadan icra edilə bilməz. Idarəetmənin mövcudluğu təşkilatın oliası
ilə bağlıdır. Yəni təşkilat varsa idarəetmə də vardır və əksinə.
Idarəetmə sistemi - obyekt və subyekt olmaqla iki tərkib hissədən
ibarətdtr. Obyekt - idarə olunan, subyekt isə - idərə edəndir.
Sistem (yunanca - syistema) – hissələrdən təşkil olunmuş;
birləşmə – deməkdir. Mahiyyətcə, sistem - müəyyən bütövü (tamı)
əmələ gətirən ayrı-ayrı hissələrin (elementlərin, əşyaların, hadisələrin,
baxışların) qanunauyğun birləşməsi, birliyidir.
Müəssisə (təşkilat, firma) dedikdə, bir qrup adamın müəyyən
məqsədə çatmaq üçün şüurlu surətdə fəaliyyət birliyi yaratmaları başa
düşülür. Iki və daha çox adamın vahid məqsəd üçün iş birliyi qurması
təşkilatı yaradır.
Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai
tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul
istehsal edən, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq
yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Istehsalla məşğul olan hər bir təşkilatın yaranması və yaşaması
üçün sxemdə verilən 5 amil zəruridir: məqsəd, işçilər (personal),
vəzifələr, struktur və texnologiya (Şəkil 1).
7
Şəkil 1. Təşkilatın zəruri amilləri
Istehsalla məşğul olan hər bir təşkilatın işləməsi üçün aşağıdakı
elementlərin olması vacibdir: xammal; kapital; kadrlar; enerji;
informasiya; texnologiya; avadanlıqlar; alətlər; nəqliyyat; idarəetmə və
s.
Istehsalla məşğul olan hər bir təşkilatın mövcudluğu üçün
aşağıdakılar zəruridir:
- Vəsaitlər (maddi, texnoloji, maliyyə, informasiya) və kadrlar.
Xarici və daxili mühit (iqtisadi vəziyyət, bazar, tələbatçılar,
rəqiblər, qanunçuluq, siyasi və sosial amillər, həmkarlar təşkilatı və s.).
Üfüqi və şaquli əmək bölgüsü.
Təsərrüfat şöbələri və bölmələri.
Idarəetmə.
Bütün hallarda (kiçik müəssisələr istisna olmaqla) təşkilatın idarə
olunması üçün üç manqa – üç səviyyə vardır:
-aşağı (texniki səviyyə);
-orta (idarəetmə səviyyəsi);
-ali (institut səviyyəsi).
8
Idarəetmə - təşkilatın məqsədini müəyyənləşdirib, bu məqsədə
çatmaq üçün planlaşdırma, təşkiletmə, icra (motivləşdirmə) və nəzarət
prosesləridir.
Idarəetmə səviyyələri arasında qarşılıqlı əlaqələrin – həm şaquli,
həm də üfüqi əlaqələrin qurulması, müəssisənin son məqsədə çatmasını
təmin etmək işinə xidmət etməlidir.
Idarəetmə səviyyələri ilə yanaşı, müəssisələrdə iyerarxiya
quruluşundan asılı olaraq idarəetmə pillələri də yaradılır. Bu pillələr
şaquli idarəetmə quruluşunda tabeçilik pillələrinin həlqələrini (skalyar
zənciri) təşkil edirlər.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyəti özünün varlığı ərzində
insanlara təsir göstərmək üçün idərəetmə üzrə cəmisi üç vasitə (üsul,
alət) yaratmış və tətbiq etmişdir: asılılıq iyerarxiyası; mədəniyyət və
bazar (Şəkil 2).
Birinci vasitə - iyerarxiyadır. Bu idarəçilik üsulunda əsas amil,
hakimiyyət və tabeçilikdir, yəni yuxarıdan aşağıya özünə tabe olanları
işləməyə məcbur etmək, onları maddi cəhətdən asılı vəziyyətdə
saxlamaq və tabe etmək münasibətlərinə əsaslanır. Eynilə də,
aşağıların yuxarılara tabe olmaları ideyaları aşılanır və bu münasibətlər
sistemi cəmiyyətin əsas aparıcı qüvvəsi hesab olunur. Bu halda «qamçı
və ya qoğal» prinsipinə daha çox üstünlük verilir.
Ikinci vasitə – mədəniyyətdir. Bu üsulun mahiyyəti ondadır ki,
cəmiyyətin özünün işləyib hazırladığı və bəyəndiyi idarəetmə təsiri -
mənəviyyat, sosial normalar, davranış qaydaları və digər mənəvi
dəyərlər vasitəsilə həyata keçirilir. Bu halda zordan daha çox,
mədəniyyətə üstünlük verilir.
Üçüncü vasitə - bazardır. Bu üsulda idarəetmənin mahiyyəti -
bərabər hüquqlu üfüqi əlaqələrin qurulması, mülkiyyət
münasibətlərində qarşılıqlı maraqların bərabərliyi və tam azadlığı ilə
bağlıdır.
9
Description:satın alınması yolu ilə də yaradıla bilər. Bu növ müəssisənin mülkiyyətçisi .. istehsalçılar (təminatçılar, mal göndərənlər);. -kadrlar (əmək ehtiyatları);.